Ötən gün 79 yaşında vəfat edən türkiyəli aktrisa, “Yeşilçam” ulduzu Fatma Girikin vəsiyyəti açıqlanıb.

O, var-dövlətinin böyük qismini bacısı qızı Ahu Turanlıya vəsiyyət edib. Sənətkarın bacısı Müesser Turanlının qızı olan Ahu Turanlı özəl əmlak şirkətində müşavir çalışır.

Girik var-dövlətinin digər qismini isə illər öncə övladlığa götürdüyü mənəvi qızı Ahu Aşkara vəsiyyət edib.

Sənətkarın övladı olmayıb. Aktrisanın anası Münevver Girik isə qızı Müesser Turanlı ilə Bodrumda yaşayır.

Qeyd edək ki, Fatma Giriklə bu gün keçirilməli olan vida mərasimi qeyri-sabit hava şəraiti səbəbindən təxirə salınıb.

İstinadlar Qafqazinfo