Yanvarın 24-də 79 yaşında vəfat edən türkiyəli aktrisa Fatma Girik son mənzilə yola salınır.

Şişli Bələdiyyəsində sənətkarla vida mərasimi təşkil olunub.

Mərasimdən sonra mərhum torpağa tapşırılacaq.

Qeyd edək ki, F.Girik COVID-19-la bağlı inkişaf edən orqan çatışmazlığından vəfat edib. Onunla vida mərasimi İstanbulda davam edən qeyri-sabit hava şəraiti səbəbindən təxirə salınmışdı.