Türkiyənin “Qalatasaray” klubunun baş məşqçisi Fatih Terim koronavirusa qalib gəlib.

Bu barədə klubun idarə heyətinin üzvü Tunc Üner sosial şəbəkə hesabında məlumat yayıb.

Onun sözlərinə görə, Fatih Terim və klubun vitse-prezidenti Abdurrahim Albayrak virusdan sağalıblar, müalicədən sonra onların test nəticələri neqativ çıxıb. Hər ikisi yaxın günlərdə evə buraxılacaqlar.