“Prezident Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin arasında aparılan danışıqlardan sonra Türkiyənin Rusiya təbii qazının rublla alınmasına dair prinsipial razılıq əldə olunub. Yaxın günlərdə qrafik və qiymətlərlə bağlı vəziyyətə aydınlıq gətiriləcək”.

Bunu Türkiyənin enerji və təbii sərvətlər naziri Fatih Dönməz bildirib.

Onun sözlərinə görə, hazırda tranzitin müəyyən hissəsinin Türkiyə lirəsi ilə ödənilməsinin mümkünlüyü müzakirə olunur.

İstinadlar Report