“Yarımştat” televiziya tamaşasından tanınan Əməkdar artist Məcnun Hacıbəyov bu gün səhər saatlarında dünyasını dəyişib.

Bu barədə aparıcı Ayşə İsazadə məlumat verib.

Onun sözlərinə görə, aktyor koronavirusdan vəfat edib.

Qeyd edək ki, M. Hacıbəyov Qubanın İkinci Nüqədi kəndində anadan olub. Aktyor “Canavar balası”, “Evlənmək istəyirəm”, “Gənclik Macərası”, “Göz həkimi”, “Gülüş sanatoriyası”, “Kişilər”, “Qatarda”, “Qəzəlxan”, “Yarımştat” kimi film və televiziya tamaşalarında yaddaqalan obrazlar ifa edib.

Allah rəhmət eləsin!