Fateh Sultan Mehmetin şahzadəlik dövrünə aid olan medalyon üzərində həkk olunmuş portreti İngiltərədəki Bonhams Hərrac Evi tərəfindən 82 milyon lirəyə hərraca çıxarılacaq.

Bu barədə “Sputnik- Türkiye” məlumat yayıb.

Açıqlamada, tunc üzərində həkk olunmuş portretin müsəlman liderin ən qədim portreti olduğu bildirilib:

“Medalyonun talisman kimi taxıldığı güman edilir”.

O da vurğulanıb ki, medalyonu hazırlayan rəssamın heç bir imzası, izi yoxdur.

Qeyd edək ki, bürünc medalyon mayın 21-də hərraca çıxarılacaq.

İstinadlar Qafqazinfo