2023-cü ildə dünyada aclıqdan əziyyət çəkən insanların sayı təqribən 733 milyon nəfər (hər 11 nəfərdən biri) təşkil edib. Afrika qitəsində hər 5-ci insan aclıqla üzləşib.

Bu rəqəmlər BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) və digər humanitar ixtisaslaşmış qurumlarının “Dünyada ərzaq təhlükəsizliyi və qidalanma sahəsində vəziyyət” (SOFI) adlı illik hesabatında yer alıb.

Hesabata əsasən, qlobal böhranın dərinləşməsi fonunda aclıqla üzləşən insanların sayı ardıcıl üç ildir ki, yüksək olaraq qalır. 2019-cu ildən bəri yetərincə qidalanmayan insanların sayı təxminən 152 milyon nəfər artıb.

İstinadlar Report