Həbsdə olan ictimai fəal Famil Xəlilov 88 gündür davam edən aclıq aksiyasını dayandırıb. 

Xəbəri Penitensiar Xidmətdən təsdiqləyiblər.

Xatırladaq ki, F. Xəlilov avqustun 15-dən aclığa başlayıb.

Qeyd edək ki, mayın 2-də saxlanılan fəala Cinayət Məcəlləsinin 234.4.3-cü (satış məqsədilə küllü miqdarda narkotik hazırlama, daşıma, saxlama) maddəsi ilə ittiham irəli sürülüb. Onun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. 

İstinadlar Qafqazinfo