Türkiyə qarşıdakı dövrdə də Suriyanın yanında olacaq.

Bunu Türkiyə Prezident Administrasiyasının kommunikasiyalar şöbəsinin müdiri Fahrettin Altun jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Türkiyə son 13 ildə olduğu kimi, bundan sonra da Suriya xalqını dəstəkləyəcək: “Suriya bizim qonşumuzdur, Suriya xalqı bizim qardaşımızdır”.

F.Altun söyləyib ki, son 13 ildə Suriyada müasir tarixdə və bəşəriyyət tarixində barmaqla sayıla biləcək dəhşətlər olub: “Bir milyona yaxın insan həyatını itirdi, 12 milyon insan ölkəsindən didərgin salındı. Suriyalı qaçqınların sayı 4 milyonu keçdi. İndi isə onların sayı təxminən 2, 9 milyondur. Hüzur, sabitlik təmin olunanda, əlbəttə, bu insanlar geri qayıdacaqlar, qayıtmağı arzulayacaqlar”.

İstinadlar Report