“Facebook” öz kriptovalyutasını təqdim edəcək

“Facebook” sosial şəbəkəsinin sahibi olan ABŞ-ın “Facebook Inc.” şirkəti yeni kriptovalyutanın buraxılış planını təqdim edib. Bu haqda “Bloomberg” yazıb.

“Libra” adlandırılmış yeni valyutanın buraxılışı 2020-ci ilə planlaşdırılıb. Yeni kriptovalyuta “Stablecoin” kateqoriyasına aid ediləcək ki, bu da milli valyuta və qiymətli kağızlarla təmin edilməsini nəzərdə tutur. Beləliklə, “Facebook”un məqsədi “Libra” kriptovalyutasının kursunu sabit saxlamaqdır ki, onu gündəlik əməliyyatlar üçün istifadə etmək mümkün olsun.

“Facebook” şirkəti ümid edir ki, kriptovalyuta beynəlxalq səviyyəyə çıxa və dollara qarşı rəqabət apara biləcək.

Emil Hüseynov

İstinadlar ict news

“Facebook” öz kriptovalyutasını təqdim edəcək

“Facebook” sosial şəbəkəsi öz kriptovalyutasını təqdim etmək imkanını nəzərdən keçirir.

“Facebook” təxminən 1 il bundan əvvəl sözügedən texnologiyaları araşdırmağa başlayıb, o zaman bu məsələ ilə şirkətin yeganə əməkdaşı məşğul olurdu. Amma bu həftə sosial şəbəkə blokçeyn, mayninq və kriptovalyutanın dövriyyəsinin öyrənilməsi üzrə ixtisaslaşmış və təxminən 10 nəfərdən ibarət komanda yaradıb.

Təxmin edilir ki, kriptovalyutanın tətbiqi sözügedən sosial şəbəkənin istifadəçilərinə elektron ödənişlər etmək imkanı verəcək. Hazırda komandanın işinin təfərrüatları məxfi saxlanılır.

“Facebook” sosial şəbəkəsi 4 fevral 2004-cü il tarixində Mark Zukerberq və onun 3 kurs yoldaşı tərəfindən təsis edilib. Hazırda bu sosial şəbəkənin aylıq auditoriyası 2 milyard istifadəçidən çoxdur.

İstinadlar ict news