“Facebook” şirkəti Rusiyanın sosial şəbəkədə təxribat fəaliyyəti həyata keçirmək üçün istifadə etdiyi onlarla şəxsi hesab və səhifəni bağlayıb.

Bağlanan səhifələr arasında Rusiyanın ‘Sputnik’ informasiya agentliyinin Azərbaycan bölməsi olan ‘Sputnik Azərbaycan’ da var.

Maraqlıdır ki, Putin siyasətinin təbliğinə qarşı mübarizə məqsədilə qapadılan sosial şəbəkə səhifələrinin siyahısına Azərbaycandan Mirşahin Ağayevin rəhbərlik etdiyi ‘Real TV’ də düşüb.

’Real Tv’ məsələ ilə bağlı hər hansı açıqlama yaymayıb.