“Facebook” sosial şəbəkəsi və “Instagram” üzərində hüquqlara sahib olan ABŞ-ın “Facebook” korporasiyası 2019-cu ilin aprel-sentyabr aylarında təxminən 3,2 milyard saxta hesab silib.

“Biz son iki rübdə saxta hesabların yaradılmasının qarşısını daha səmərəli almışıq” – “Facebook”un nümayəndəsi deyib.

Şirkətin nümayəndələri, həmçinin məlumat veriblər ki, aprel-sentyabr aylarında zəhlətökən reklamdan ibarət 4,1 milyarddan çox mesaj və zorakılıq hadisələrinə aid 54,5 milyon post silinib.

Hesabatda, həmçinin “Instagram”da silinmiş məzmun haqqında məlumatlar göstərilib.

Son illərdə “Facebook” rəhbərliyi istifadəçilərin fərdi məlumatlarının müdafiəsi üçün lazımi tədbirlər görməməkdə ittiham edilirdi.

Emil Hüseynov

İstinadlar ict news