Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) icraçı direktoru Arif Rəhimov “Motorsport” nəşrinə açıqlama verib.Rəhimov “Formula 1″in koronavirusa görə dayandırılması yarışın təşkilatçılarını maddi baxımdan xeyli geri salacaq:

“Yarışın Bakıda keçirilməməsi “Formula 1″ üçün ciddi gəlir itkisi olacaq. Lakin bütün olanlar bizim nəzarətimiz daxilində deyil. Bütün dünya koronavirusdan əziyyət çəkir və bu fors-major haldır”.

O, yarışın keçirilməməsindən Azərbaycan tərəfinin heç bir şey itirməyəcəyini sözlərinə əlavə edib: “Müqavilədə bu cür vəziyyətlərə aid bəndlər var. Fors-major hallarda onlara heç bir ödəniş olunmayacaq. Yarış baş tutmasa, hökumətimiz bundan heç nə itirməyəcək”.