Dünya şöhrətli alim, Kimya üzrə Nobel mükafatı laureatı, DNT sahəsində mühüm kəşfləri ilə tanınan, ABŞ Milli Elmlər Akademiyasının üzvü Əziz Sancar Şuşaya gedib.

Bu barədə Türkiyənin ölkəmizdəki səfiri Cahit Bağcı Tvitterdə məlumat verib.

“Yayda ayrı, qışda ayrı gözəldir, Şuşa. Ciyərlərimiz Qafqazın havası ilə doldu. Çox şükür”, – deyə C.Bağcı yazıb.