Eyvandan dama yıxılan 23 yaşlı qız belə xilas edildi – Video
Sumqayıt şəhəri, 3-cü mikrorayon ərazisində 23 yaşlı qız köməksiz vəziyyətdə qalıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Məlumatla əlaqədar dərhal FHN-in Sumqayıt Regional Mərkəzinin xilasediciləri əraziyə cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində yaşayan 2001-ci il təvəllüdlü C.Mircamalova yaşadığı mənzilin eyvanından binanın 3-cü mərtəbəsində yerləşən artırmanın damına yıxılaraq xəsarətlər alıb.
Xilasedicilər köməksiz vəziyyətdə qalmış vətəndaşı müvafiq vasitələrlə damdan düşürərək təcili tibbi yardım briqadasına təhvil veriblər.
Dövlət Su Ehtiyatları Agentliyi “Formula 1″lə bağlı tədbir keçirdi – Video
Sentyabrın 13 və 15-də Bakıda keçiriləcək “Formula 1” yarışları ilə əlaqədar Nəqliyyat və Xüsusi Texnika İdarəsinin 2 saylı qarajında təşkil olunan növbəti tədbirdə xüsusi texnika və nəqliyyat vasitələrinə baxış keçirilib.
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən (ADSEA) “Qafqazinfo”ya bildirilib ki, tədbirdə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin İdarə Heyətinin sədri Köçərli Həsənov, sədr müavini Tahir Xəlilov, Nəqliyyat və Xüsusi Texnika İdarəsinin rəisi Samir Cəbrayılov və əməkdaşlar iştirak ediblər.
İdarə rəisi Samir Cəbrayılov heyətin hazırlıq səviyyəsi ilə bağlı ətraflı məlumat verərək qeyd edib ki, xüsusi texnika və nəqliyyat vasitələri normativ qaydalara uyğunlaşdırılıb. İdarənin nəzdində olan bütün növ avtomobillər baxışdan keçirilib, istismara yararlı vəziyyətə gətirilib.
Qarajda 44 xüsusi texnika və nəqliyyat vasitəsi gücləndirilmiş iş rejimində işləməyə tam hazır vəziyyətdədir. Nasaz vəziyyətdə olan nəqliyyat vasitələri tam bərpa edilib, gücləndirilmiş iş rejimində çalışmağa hazır vəziyyətə gətirilib.
Xatırladaq ki, “Formula 1” yarışları ilə əlaqədar Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətində xüsusi komissiya yaradılıb. İdarə heyəti və işçi qrupundan ibarət komissiyanın təsdiq etdiyi plana uyğun olaraq tədbirlər davam etdirilir.
Ağacdan yıxılaraq köməksiz vəziyyətdə qaldı – Video
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhəri, Xətai məhəlləsi, 35 ünvanında vətəndaşın köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Nazirlikdən “Qafqazinfo”ya bildirilib ki, məlumatla əlaqədar dərhal Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri əraziyə cəlb edilib.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, 1968-ci il təvəllüdlü Haqverdiyev Asəf Abdullah oğlu ağacdan yıxılaraq müxtəlif dərəcəli bədən xəsarətləri alıb və evin divarı ilə hasarı arasında köməksiz vəziyyətdə qalıb.
Xilasedicilər zərərçəkmiş A.Haqverdiyevi xüsusi vasitələrin köməyi ilə ərazidən təxliyə edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib – VİDEO
Müdafiə Nazirliyi ötən həftə paylaşılmış məlumatlar əsasında hazırlanmış videoicmalı yayıb.
“Report” icmalı təqdim edir:
Köməksiz vəziyyətdə qalanlar belə xilas edildi – Video
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə paytaxtın Nərimanov rayonu ərazisində doqquzmərtəbəli yaşayış binasında 1, Yasamal rayonu ərazisində doqquz və yeddimərtəbəli yaşayış binalarında 2 ünvanda liftdə, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində isə 2 azyaşlının mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumatlar daxil olub.
Bu FHN-in mətbuat xidmətindən məlumat verilib.
Məlumatlarla əlaqədar Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə cəlb olunublar.
Xilasedicilər tərəfindən həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 2-si azyaşlı olmaqla ümumilikdə 7 nəfər xilas edilib.
Əldə bir qədəh şərab… – Video
Xəbər verdiyimiz kimi, Şamaxıda növbəti Üzüm və Şərab Festivalı keçirilir.
Festival Dövlət Turizm Agentliyi və Şamaxı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Şamaxının Meysəri kəndində baş tutur.
“Şirvan şərabları” MMC-nin üzümçülük və şərabçılıq kompleksinin ərazisində təşkil olunan festivalda ziyarətçilər üzüm istehsalı və şərabçılıq, Azərbaycanın turizm potensialı ilə daha yaxından tanışlıq imkanı qazanıb.
Festivalda yerli və xarici istehsalçıların şərab məhsullarının dequstasiyaları təşkil edilir, şərab evlərinin maraqlı hekayələrini izləmək imkanı yaradılır.
Festivaldan maraqlı görüntüləri təqdim edirik:
Şuşadakı toyda Prezidentin xüsusi nümayəndəsi də olub – Video
Xəbər verdiyimiz kimi, Şuşada 32 ildən sonra ilk dəfə toy mərasimi keçirilib.
44 günlük Vətən müharibəsi veteranı Elmir Məmmədlinin toyunda gənclərin ailə üzvləri, qohumlar, Şuşa sakinləri, rəsmi şəxslər, o cümlədən Prezidentin xüsusi nümayəndəsi Aydın Kərimov da iştiak edib.
A.Kərimov bu xoş günlə bağlı təəssüratını bölüşüb: “Nəhayət o gün gəldi, şuşalı ailə qurur və biz bu hadisəni doğma Şuşamızda qeyd edirik. Gənc ailəyə xoşbəxt ömür, firavanlıq arzulayıram”.
Ətarflı videomaterialda:
“28 May”dakı təmir nə vaxt yekunlaşacaq? – Video
İki aydan çoxdur ki, metronun “28 May” stansiyasının qarşısında təmir işləri aparılır.
Xarici mütəxəssislərin iştirakı ilə hazırlanmış layihə sənədlərinə əsasən, burada piyadaların hərəkəti üçün təhlükəsiz zona yaradılacaq.
Layihədə əraziyə yalnız ictimai nəqliyyatın girişinə icazə veriləcəyi bildirilib.
Hazırda işlərin əsas hissəsi yekunlaşıb və köhnə beton örtüyü sökülərək yenisi ilə əvəzlənib. İşlərin oktyabrda yekunlaşacağı gözlənilir.
Ətraflı videomaterialda:
Şuşadakı toydan görüntülər – Video
Xəbər verdiyimiz kimi, Şuşada 32 ildən sonra ilk dəfə toy mərasimi keçirilib.
44 günlük Vətən müharibəsi qazisi Elmir Məmmədlinin toy mərasimi “İsa bulağı” istirahət kompleksində təşkil olunub.
Müdafiə Nazirliyi antiterror əməliyyatından görüntülər yaydı – Video
Qarabağda keçirilən antiterror əməliyyatının bir ili tamam olmaq üzrədir.
Azərbaycan Müdafiə Nazirliyi bu əməliyyatdan bəhs edən sənədli film hazırlayıb.
Filmdə antiterror əməliyyatından görüntülər yer alıb.
Həmin videonu təqdim edirik:
Göygöldə qanunsuz tikili sökülüb – VİDEO
Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən səlahiyyətləri çərçivəsində respublika ərazisində qanunsuz tikintilərlə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir.
Bu barədə FHN-dən məlumat verilib.
Bildirilib ki, Göygöl Rayon İcra Hakimiyyəti tərəfindən rayonun Yeni Qızılca kəndi ərazisində kənd təsərrüfatı təyinatlı torpaq sahəsində vətəndaş tərəfindən qanunsuz tikinti işlərinin aparılması faktı aşkar edilərək, bu barədə müvafiq tədbirlərin görülməsi məqsədilə Fövqəladə Hallar Nazirliyinə müraciət edilib.
FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Əmlak Məsələləri Dövlət Xidməti və Göygöl Rayon İcra Hakimiyyəti nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz inşa olunan tikili sökülüb.
Restoranlarda menyular bahalaşıb? – Video
Restoranlarda menyuların qiyməti 10-15 manat artıb.
Bu barədə “Xəzər TV” süjet hazırlayıb.
Belə ki, restoran sahibləri bu artımı ətin bahalaşması ilə əlaqələndiriblər.
Onların sözlərinə görə, menyunun tərkibində ət məhsullarına çox yer verildiyindən qiymətinin artması normaldır: “Ətin yeni qiymətləri ilə menyunu köhnə qiymətdə saxlamaq restoran bizə sərf etmir”.
Nəticədə bəzi menyuların qiyməti 10-15 manat artıb. Bəzi restoran sahibləri isə qiyməti stabil saxlamaq üçün menyunun tərkibində dəyişiklik edib.
Daha ətraflı videomaterialda:
FHN Sumqayıtda mülki müdafiə məşqi keçirdi – Video
Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi tərəfindən Sumqayıt şəhər Perinatal Mərkəzində obyekt mülki müdafiə məşqi keçirilib.
Məşqin keçirilməsində məqsəd obyektin mülki müdafiə qüvvələrinin fövqəladə hallara operativ reaksiyavermə hazırlığı səviyyəsinin yoxlanılmasıdır.
Bununla yanaşı, böhran vəziyyətlərində birgə fəaliyyətlərin uzlaşdırılması, komandir-rəis heyətinin idarəetmə üzrə bilik və bacarıqlarının təkmilləşdirilməsi, şəxsi heyətə xəbərdarlıq toplanışı üzrə əməli vərdişlərin aşılanması olub.
Məşq zamanı hərbiləşdirilməmiş obyekt mülki müdafiə dəstələrinin Perinatal Mərkəzi ərazisində baş vermiş şərti fövqəladə hadisə ilə əlaqədar fəaliyyətləri simulyasiya edilib, həmçinin funksional vəzifələrlə bağlı məruzələr dinlənilib.
Uğurla reallaşdırılan məşqdən sonra əldə edilmiş nəticələr müzakirə olunub, aidiyyəti üzrə tapşırıqlar verilib.
Məşqdə ümumilikdə 6 texnika və 72 nəfərdən ibarət şəxsi heyət iştirak edib.
FHN metroda təlim keçirilib – VİDEO
Fövqəladə Hallar Nazirliyi və “Bakı Metropoliteni” QSC-nin birgə təşkilatçılığı ilə metronun “28 may” stansiyasında taktiki-xüsusi təlim keçirilib.
FHN-dən verilən xəbərə görə, təlimin mövzusu “Bakı metropolitenində baş verə biləcək fövqəladə hadisələr zamanı birgə fəaliyyətin təşkili” olub. Təlimə rəhbərlik FHN-in Baş əməliyyat idarəsi tərəfindən həyata keçirilib:
“FHN-in “112” qaynar telefon xəttinə metronun “28 may” stansiyasının 2-ci çıxışının marş zalındakı idarəetmə şkafında “yanğın” baş verməsi barədə “məlumat daxil olub” və dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə, Dövlət Yanğın Nəzarəti xidmətləri və Bakı Regional Mərkəzinin müvafiq qüvvələri “hadisə yerinə” cəlb olunub.
Şərti hadisə ilə bağlı Metropoliten əməkdaşları tərəfindən əvvəlcə stansiyanın bağlanması, tuneldə işçi işıqların yandırılması, təmas relslərindən gərginliyin kəsilməsi üçün qısaqapayıcıların pozulması, keçid qapılarının açılması və “yanğına ilkin müdaxilə” işləri həyata keçirilib”.
Məlumatda qeyd edilib ki, FHN-in mobil yanğın-xilasetmə qrupları tərəfindən fərdi mühafizə vasitələrindən istifadə edilməklə operativ olaraq kəşfiyyat və əməliyyat şəraitinin qiymətləndirilməsi işləri aparılıb, qısa müddətdə şərti yanğın “söndürülüb”, xilasetmə vasitələri tətbiq edilməklə “zərərçəkmişlər” təxliyə olunaraq onlara “ilkin yardım göstərilib”.
“Uğurla keçən təlimdən sonra nəticələr müzakirə olunub, FHN və Metropolitenin əməkdaşları arasında obyektdə baş verə biləcək fövqəladə hallarda xilasetmə işlərinin aparılması, zərərçəkmişlərə ilkin yardımın göstərilməsi və təxliyə zamanı təhlükəsizlik qaydaları ilə bağlı fikir mübadiləsi aparılıb.
Təlimə FHN-in ümumilikdə 6 ədəd texnikası və 40 nəfərdən ibarət şəxsi heyəti cəlb olunub”.
Yasamalda sakinlərin xəbəri olmadan evləri sökülür? – Video
Bakının Yasamal rayonu, Alatava-1 adlanan ərazisində yaşayan bəzi sakinlər onların xəbəri olmadan evlərinin söküldüyünü iddia edirlər.
Sakinlər bildirir ki, bəzi vətəndaşlarla artıq müqavilələr bağlanıb.
Digər mənzillərin sahibləri də ərazini tərk etsin deyə tikinti şirkəti müxtəlif yollara əl atır.
Məsələ ilə bağlı adıçəkilən tikinti şirkətinin hüquqşünası Cabbar Həsənov bildirib ki, bina üçün nəzərdə tutulan yerlərdə olan evlərin sahibləri ilə razılaşma olduqdan sonra söküntü işləri aparılıb.
Onun sözlərinə görə, şirkət ilə razılıq əldə olunmadığı halda vətəndaş dəymiş ziyanla bağlı müvafiq qurumlara və məhkəməyə müraciət edə bilər.
Ətraflı “Xəzər Xəbər”in videomaterialında:
FHN bu məntəqənin fəaliyyətini dayandırdı – Video
Gədəbəy rayonunun Düzyurd kəndində maye qazdoldurma məntəqəsinin fəaliyyəti dayandırılıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Yoxlama zamanı məntəqədə insan həyatı və sağlamlığı üçün təhlükə yarada biləcək pozuntular aşkarlanıb.
Fərdi sahibkar Elnur Vahid oğlu İsgəndərova məxsus maye qazdoldurma məntəqəsində 1 ədəd tutumun istismar müddətinin bitdiyi, tam texniki müayinələrinin aparılmadığı, nəzarət-ölçü cihazları və qoruyucu qurğuların yoxlanılmadığı müəyyən edilib.
Aşkar olunan pozuntuların dərhal aradan qaldırılmasının mümkün olmadığı, eləcə də insan həyatı və sağlamlığı üçün yaratdığı təhlükə nəzərə alınaraq, maye qazdoldurma məntəqəsinin istismarı Agentliyin əməkdaşları tərəfindən dayandırılıb və pozuntuların aradan qaldırılması üçün tərtib olunmuş aktın və Agentliyin qərarının surəti sahibkara təqdim edilib.
“Bandotdel” əməliyyat keçirdi, 3 nəfər həbs edildi – Video
DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyatlar davam etdirilir.
Tədbirlərlə daha bir narkoşəbəkənin üzvləri Xaliq Hüseynzadə, Seymur Məmmədli və tanışı Elşən Qəniyev saxlanılıblar. Onların üzərindən, avtomobillərindən və yaşadıqları evlərdən 35 kiloqrama yaxın tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş marixuana və heroin aşkarlanıb.
Saxlanılan şəxslər ifadələrində narkotikləri satış məqsədilə əldə etdiklərini bildiriblər.
Faktlarla bağlı cinayət işləri başlanılıb, məhkəmənin qərarı ilə onlar barəsində həbs-qətimkan tədbirləri seçilib.
X.Hüseynzadə, S.Məmmədli və E.Qəniyevlə əlbir olan digər şəxslərin də saxlanılması istiqamətində tədbirlər davam etdirilir.
Bildirilib ki, həbs edilmiş şəxslər əvvəllər də məhkum olunublar.
Həmçinin baxın
Dövlət Su Ehtiyatları Agentliyi “Formula 1″lə bağlı tədbir keçirdi – Video
Bakıda parkinqlə bağlı yeni texniki vasitə – Sürücülər cərimələnir – VİDEO
Ayı ilə əlbəyaxa olan kişinin oğlu danışdı – “Mal-qaranı xilas etmək istəyib” – VİDEO
Azərbaycan Ordusunun mühəndis bölmələrinə döyüş hazırlığının təkmilləşdirilməsi tapşırılıb – VİDEO
Bakıda narkoşəbəkənin 5 üzvündən 28 kiloqram narkotik vasitə aşkarlanıb – VİDEO
Şuşa və Xankəndidə ətrafı çirkləndirən 46 nəfər məsuliyyətə cəlb olunub – VİDEO
Bizi Facebook-da izləyirsiniz?
Bağla