
“İsrail irriqasiya, kənd təsərrüfatı və müdafiə sahələrində texnologiyalarını paylaşaraq Azərbaycanla əməkdaşlığın inkişafına töhfə verir”.
Bunu Təl-Əviv Universitetinin professoru Eytan Yanarocaq deyib.
O qeyd edib ki, İsrail hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir: “Bilirik ki, Ermənistan İranın sateletinə çevrilib. Bu səbəbdən maraqlarımız Azərbaycanla münasibətlərin daha da inkişaf etdirilməsini diktə edir”.
Onun sözlərinə görə, İsraillə Türkiyə arasında münasibətlərin normallaşması həm də İsraillə Azərbaycan arasında əməkdaşlıq ritminin qorunub saxlanmasını təmin edəcək: “Fikrimcə, Azərbaycan xüsusi mövqeyi ilə İsrail və Türkiyəni yaxınlaşdıra biləcək ümumi halqa rolunu oynayacaq. Bu alyans İsrail, Türkiyə və Azərbaycanın maraqlarına xidmət edəcək. Bu üçtərəfli əməkdaşlığın kimə mane olacağı hər kəsə bəllidir: İran və Ermənistana”.