Əyləncə, öyrənmə və təxəyyül məkanı “The Entertainer”i “Bravo”da qarşılayın!

Keyfiyyətli və bol çeşidli mağaza “BRAVO marketlər şəbəkəsinin aşağıdakı 5 filialında fəaliyyətə başlayıb:

– “Əhmədli” m/s yaxınlığındakı “BRAVO” hipermarket;
– “20 Yanvar” m/s yaxınlığındakı BRAVO” hipermarket;
– “Koroğlu” m/s yaxınlığında yerləşən BRAVO hipermarket;
– “Xətai” m/s yaxınlığında, Babək prospektində yerləşən BRAVO hipermarket;
– “Gənclik Mall”un -1 mərtəbəsində yerləşən Bravo super market;

“The Entertainer”i “Bravo”da görməkdən çox şadıq. Bura ailələrin əylənməsi və maariflənməsi üçün yeni məkan olacaq. Düşünürəm ki, “The Entertainer” mağazadan daha çox şən insanların ortaq bir platforması, cəmiyyəti rolunu oynayacaq”- deyə “Zeta Group”un Oyuncaq bölməsinin baş meneceri Nigar Tağıyeva vurğulayıb.

“BRAVO” marketlər şəbəkəsinin baş direktoru Jaime Teixeira isə “The Entertainer” ilə əməkdaşlıqları haqqında bildirib: “Bu əməkdaşlıq bizim müxtəlif alış-veriş təcrübəsinə olan sadiqliyimizi əks etdirir. Ümid edirik ki, yeni əməkdaşlığımız “BRAVO” müştəriləri üçün maraqlı və əyləncəli olacaq”.



İstinadlar Qafqazinfo