
Qazaxıstanda keçirilən seçkilərdə hakim “Amanat” partiyası 53,46% səs toplayır, ümumilikdə 7 iştirakçı siyasi qüvvədən 6-sı parlamentə gedir.
Bunu Avrasiya İnteqrasiya İnstitutunun keçirdiyi “Exit-poll”un məlumatları sübut edir.
Qeyd olunub ki, Qazaxıstan “Xalq” Partiyası 6,25%, “Ak Jol” (“İşıqlı yol”) Demokratik Partiyası – 7,87%, “Aul” (“Kənd”) partiyası – 10,52%, sahibkarlar qrupunun yaratdığı “Respublika” partiyası 8,9% səs toplayıb.