Tərtərdə qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb.

Tərtər RPŞ-yə fərdi yaşayış evlərinin birindən 2650 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə məlumat daxil olub. Müraciətlə əlaqədar polisin keçirdiyi tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən zərərçəkmişin qızı M.Əmirova saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

İstinadlar Qafqazinfo