Bakıda evlərdən 113 min manatlıq kdə təqsirləndirilən Niyaməddin Əliyevin cinayət işi üzrə ibtidai istintaqı yekunlaşıb.

Iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib və hakim Əli Məmmədovun icraatına verilib.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, paytaxtın Nərimanov rayonunda yerləşən mənzillərdən birindən oğurluq edilib. Zərərçəkən Nərimanov Rayon Polis İdarəsinə müraciət edərək evdən 60 000 manat dəyərində qızıl-zinət əşyalarının və qiyməti 3 000 manat olan xəz dərinin oğurlandığını deyib.

Eyni məzmunlu şikayətlərlə Nərimanov rayonunda yaşayan daha 3 sakinin ərizəsi polis idarəsində qeydiyyata alınıb. Onlar da evlərindən ümumilikdə 50 000 manata yaxın qızıl-zinət əşyalarının və pul vəsaitlərinin oğurlandığını bildiriblər.

Aparılan araşdırmalar, eləcə də hadisə yerlərinə baxış keçirilən zaman oğurluqların eyni şəxs tərəfindən törədildiyi müəyyən edilib.

Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbiri nəticəsində hadisələri törətməkdə şübhəli bilinən əvvəllər də oğurluq cinayətləri etdiyi üçün dəfələrlə məhkum olunmuş Niyaməddin Əliyev saxlanılıb.

İstinadlar Report