Göyçay rayonunda intihar hadisəsi baş verib.

Rayonun Şahsoltanlı kənd sakini, 2004-cü il təvəllüdlü Cəfərov Yasin Ələmdar oğlu yaşadığı evin həyətindəki ağacdan özünü asıb.

Onun asılı vəziyyətdə qalmış meyitini ailə üzvləri aşkar edib.

Bildirilib ki, Y.Cəfərov ürək, qan-damar xəstəliklərindən əziyyət çəkib və bu səbəbdən gərgin psixoloji durumda olub.

Faktla bağlı araşdırmalar davam etdirilir.

İstinadlar Qafqazinfo