Şirvanda quldurluqla məşğul olmaqda şübhəli bilinən dəsdə saxlanılıb. Şirvan polis şöbəsinin keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şəhər sakinləri, 27 yaşlı Novruzov Zahid Zahir oğlu və 23 yaşlı, əvvəllər məhkum olunmuş Ağayev Təbriz Əlioğlan oğlu saxlanılıb. Dostlar bu il yanvarın 15-də Şirvan şəhər  sakini, 80 yaşlı Abdullayeva Leyla Əsgər qızının yaşadığı evə daxil olaraq dəmir alətlə ev sahibinin qızına məxsus sandığı sındıraraq oradan 43 növdə müxtəlif qızıl məmulatları, 36 ədəd qızıl onluq, 500 manat nağd pul və “Toshiba” noutbukunu götürərək oranı tərk ediblər.  Bununla qane olmayan oğrular son anda qoca qadının qulağında olan sırğaları da açıblar. Onlar əldə etdikləri 71 min manatlıq  qızıl-zinət əşyalarını Bakı şəhərində müxtəlif adamlara, özlərinin dediklərinə görə, 10 min manata satıblar. Faktla bağlı Şirvan polis şöbəsində hər iki şəxs barəsində Cinayət Məcəlləsinin 181.3.2 maddəsi ilə cinayət işi qaldırılıb, istintaq işləri davam etdirilir.

 

ogru