Bal, çobanyastığı, duz, kəsmik – bu və digər vasitələr ev şəraitində öskürəyə qarşı çox təsirli ola bilər.

“Qafqazinfo” tibbi saytlara istinad öskürəyə qarşı ev şəraitində istifadə edilən müalicə üsullarını təqdim edir:

Bal ilə süd. Südə bal əlavə olunarsa öskürəyi azaldır. Yatmadan əvvəl qəbul edildikdə yaxşı yuxu gətirir.

Soğan suyu. Ən təsirli digər ev vasitəsidir. Təzə soğanın sıxılmış suyu bir az bal ilə qarışdırılmalı və qəbul edilməlidir.

Duzlu buxar. İsti, nəmli və duzlu havada nəfəs almaq bronxların patogenlərdən daha təsirli şəkildə qurtulmasına kömək edir. Bir litr isti suya təxminən on qram duz əlavə edin. Başınıza bir dəsmal bağlayın və buxarı yavaşca nəfəs alın.

Mayenin qəbul edilməsi. Boğaz və bronx qişasına qan axını stimullaşdırmaq üçün öskürək olduqda kifayət qədər maye içmək vacibdir. Bitki çayları, bəlğəmin incəldilməsi və öskürəyin asanlaşdırılması üçün idealdır.

Kəklikotu. Soyuqdəymə üçün ən məşhur dərman bitkilərindən biridir. Kəklikotu ilə çay və ya buxarın qəbulu boğaz ağrısı, burun tıkanıklığı üçün faydalıdır.

Nanə. Nanə efir yağının tərkibindəki maddələr başağrısını aradan qaldırır və selikli qişalar infeksiya səbəbindən şişdikdə hava yollarını azad edir.

İstinadlar Qafqazinfo