
Apreldə ADA Universitetinin təşkilatçılığı ilə “Yeni dünya nizamına doğru” mövzusunda VII siyasi forum təşkil edilib.
Bu barədə “Euronews” telekanalının məlumatında bildirilib.
Telekanal qeyd edir ki, Bakı və Xankəndidə keçirilən tədbir Qarabağ Universitetində keçirilən ilk beynəlxalq forum olub.
Bildirilib ki, müzakirələr Qlobal Cənubun beynəlxalq qarşılıqlı əlaqələrdə və regional sabitliyin təmin edilməsində artan roluna həsr olunub.