Azərbaycanın ilk qanuni mərc oyunları saytı, “BAL LİNE” şirkətinin rəsmi ticarət markası ETOPAZ-ın yarandığı gündür.

2012-ci il martın 1-dən fəaliyyətə başlayan şirkət fasiləsiz 12 ildir müştərilərinə xidmət göstərir.

Kiçik kollektiv və məhdud dövriyyə ilə fəaliyyətə başlayan ETOPAZ-ın rəsmi ticarət markası “BAL LİNE” hazırda ölkənin ən böyük şirkətlərindən birinə çevrilib. Kollektivlə yanaşı, ETOPAZ-ın dövriyyəsi də bu illər ərzində dəfələrlə böyüyüb.

Azərbaycanda 1-ci qanuni mərc saytı olaraq ETOPAZ hər zaman birinciliyini qoruyur. Şirkət böyük “müştəri ordusu”nun xidmətindədir. “BAL LİNE”, eyni zamanda sosial layihələrə, YAŞAT Fonduna, QDF-yə, ağacəkmə kampaniyasına fəal olaraq qoşulur, media subyektlərinə dəstəyini əsirgəmir.

Milli komandanın və “Qarabağ” klubunun Avropadakı oyunlarına medianın səfərlərini təşkil edib və etməkdədir. Aktiv müştərilərin mötəbər futbol yarışlarına səfərini təşkil etmək də ETOPAZ-ın öz üzvlərinə minnətdarlığının təcəssümüdür.

“Daim irəli” devizini əsas götürən ETOPAZ müştərilərə keyfiyyətli xidmət üçün sosial şəbəkə hesablarından da aktiv istifadə edir.

Bu gün ETOPAZ 12 yaşını tamamlayır. Uğurlarınız bol, layihələriniz daha da geniş olsun!

İstinadlar Qafqazinfo