Ermənistanda “Müqavimət” müxalif hərəkatının fəalları etiraz aksiyasını bu gün də davam etdirir.

Etirazçılar Baqramyan prospektində Prezident Sarayının əsas və xidməti girişini bağlayıblar.

Bu zaman polis və etirazçılar arasında toqquşma baş verib.

Xatırladaq ki, Ermənistan müxalifəti aprelin 25-dən etibarən ölkədə Baş nazir Nikol Paşinyanın və cari hökumətin istefası tələbilə etiraz aksiyası keçirir.

İstinadlar Qafqazinfo