
İran prezidenti Həsən Ruhani son günlər ölkənin müxtəlif şəhərlərdə keçirilən etiraz aksiyalarına münasibət bildirib.
Bu barədə yerli KİV məlumat yayıb.
Siyasətçi bu aksiyaların zorakılığa keçməyəcəyi təqdirdə vətəndaşların etiraz etmək hüququnu qəbul etdiyini bildirib.
“Etiraz və tənqid zorakılıq və ictimai mülkiyyətə ziyan yaratmırsa, vətəndaşlara Konstitusiya ilə verilən hüquqlardır,” – İran prezidenti söyləyib.