Cari ilin birinci yarısında “Əşyalar interneti” (IoT) qurğularına kiberhücumların sayı 2018-ci ilin analoji dövründəki 12 milyona nisbətdə rekord 105 milyonu ötüb. Bu barədə “Kasperski laboratoriyası” şirkətinin hesabatında deyilir.

Ekspertlər tərəfindən 2019-cu ilin yanvar-iyununda haker hücumlarına məruz qalan 276 min qurğunun unikal IP ünvanı qeydə alınıb. Bir il əvvəl bu göstərici 69 min IP ünvanına bərabər olub.

Hakerlər “DDoS” hücumlarının edilməsi və ya onlardan digər növ zərərli əməllərin törədilməsi üçün proksi serverlər kimi istifadə etmək üçün “ağıllı” qurğular şəbəkələrini viruslara yoluxdururlar.

“IoT” avadanlıqları daha çox Çində yoluxdurulur – bu ilin birinci yarısının yekunları üzrə hücumların ümumi sayının 30 faizi bu ölkənin payına düşüb. Sonrakı mövqelərdə Braziliya (19 faiz) və Misir (12 faiz) yer alıb.

Ən aktiv zərərli proqramlar kimi “Mirai” və “Nyadrop” göstərilir. Onların hücumlarda payı 29 faiz təşkil edir. “Mirai” eksploytları qurğuya açıq boşluqlar vasitəsilə tətbiq etmək üçün istifadə edir. “Nyadrop” ən çox natamam parollar metodundan yararlanır.

Oxumağa dəyər:   Gürcüstanda seçkilər proporsional və majoritar sistemlə keçiriləcək

Şirkət nümayəndələrinin sözlərinə görə, “IoT” qurğuları kibercinayətkarlar üçün cəlbedici hədəflərə çevrilib, çünki bu avadanlıqlardan istifadə üçün məlumat seçimi çox vaxt asan olur.

Nizam Nuriyev

İstinadlar ict news