“Juniper Research” analitik şirkəti “Əşyalar interneti (IoT)” üçün qlobal avadanlıqlar üzrə araşdırmasının bəzi nəticələrini təqdim edib. Gözləntilərə görə, 2024-cü ilədək müxtəlif şəbəkələrə qoşulmuş belə qurğuların sayı 83 milyarda yaxınlaşacaq. 2020-ci ildə bu göstərici 35 milyard təşkil edəcək. Bu halda baxılan bazarın orta illik artım sürəti təxminən 130% təşkil edəcək.

Bütün “IoT” qoşulmaların 70%-dən çoxu istehsal, pərakəndə ticarət və kənd təsərrüfatı kimi sektorların payına düşəcək. İqtisadi cəhətdən səmərəli özəl mobil şəbəkələrin meydana çıxması növbəti 4 ildə bazar artımının əsas amili olacaq, özəl LTE şəbəkələrə artan tələbatın “5G”-yə keçiriləcəyi gözlənilir, çünki sonuncu texnologiya yaxın iki ildə daha da əlçatan olacaq.

Analitik şirkət dünyada “5G”-yə qoşulmaların hər il orta hesabla 150% artaraq 2025-ci ilədək 1,5 milyarda yaxınlaşacağını gözləyir.

Mütəxəssislərin fikrincə, 2024-cü ilədək dünyada telekommunikasiya operatorları “Əşyalar interneti” qurğularının “5G” mobil şəbəkələrinə qoşulmasından ümumilikdə 8 milyard dollar qazana biləcəklər, halbuki 2020-ci ildə bu məbləğ 525 milyon dollara bərabər olacaq.

Oxumağa dəyər:   Məkkənin ziyarətinə qoyulan məhdudiyyətlər yumşaldılır

Emil Hüseynov

İstinadlar ict news