20-24 yanvar tarixlərində Estoniya Silahlı Qüvvələri Tallində təlimlər keçirəcək.

Bu barədə ERR telekanalı məlumat yayıb.

Təlimlər Kesklinn və Pıxya-Tallinn rayonlarında hərbçilərin beynəlxalq missiyalarda iştiraka hazırlanması məqsədilə keçiriləcək. Təlimlər zamanı şəxsi mühafizə əməliyyatlarının uğurla həyata keçirilməsi üçün zəruri olan prosedurlar məşq ediləcək.

Beynəlxalq missiyalarda, məsələn İraqda əsas vəzifələrdən biri mühafizə olunan şəxsin təhlükəsiz hərəkətinin təmin edilməsi, tapşırıqların yerinə yetirilməsi və təhlükəsiz qayıdışıdır.

İstinadlar Report