Latviyanın Xarici İşlər Nazirliyi Rusiya səfiri Mixail Vaninin öhdəsinə fevralın 24-dək ölkəni tərk etməyi qoyub.

Bu barədə Baltikyanı ölkənin xarici siyasət idarəsinin bəyanatında bildirilib.

“Rusiya səfiri 2023-cü il fevralın 24-dək Latviyanı tərk etməlidir. Latviya Respublikasının Rusiya Federasiyasındakı səfiri də fevralın 24-dək Rusiyanı tərk edəcək”, – bəyanatda qeyd oluub.

Ölkələr arasında gərginlik Ukraynaya görə yaranıb. Moskva Estoniyanı ‘Rusofobiya’da ittiham edərək səfirdən ölkəni tərk etməyi tələb edib. Cavabında Estoniya və ona dəstək olaraq Latviya Rusiya səfirinə ölkəni tərk etmək üçün vaxt verib.