“Estoniya-Rusiya sərhədi istənilən vaxt bağlana bilər”.

Bunu Estoniyada Polis və Sərhəd Mühafizə İdarəsinin sərhəd şöbəsinin rəhbəri Eva Kalmus bildirib.

Onun sözlərinə görə, artıq Rusiyaya səfər edənlər çıxılmaz vəziyyətdə qala bilər və sonra geri qayıtmaq çox çətin olacaq: “Vətəndaşlardan Rusiyaya səfərlərdən çəkinməyə çağırırıq”.

O qeyd edib ki, Tallin müvafiq qərar qəbul edərsə, Estoniya ilə Rusiya arasında sərhəddə keçid məntəqələri bir saat ərzində bağlana bilər. Kalmus bu qərarın müzakirə mərhələsində olduğunu vurğulayıb.

İstinadlar Report