Estoniya miqrantlarla bağlı vəziyyətə görə Rusiya ilə sərhədi bağlamağa hazırdır.

Bu barədə Estoniyanın Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Bildirilib ki, Estoniya XİN başçısı Marqus Tsakna ölkəsinin bununla bağlı mövqeyini NATO nazirlərinin iclası çərçivəsində Şimali Avropa və Baltikyanı ölkələrin xarici işlər nazirlərinin Brüsseldə keçirilən görüşündə açıqlayıb.

Nazir Rusiya və Finlandiya sərhədindəki vəziyyətlə bağlı məsələ qaldırıb və baş verənləri narahatlıq və qeyri-sabitlik yaratmaq məqsədi daşıyan Rusiyanın açıq hibrid hücumu kimi qiymətləndirib.

İstinadlar Report