
Estoniya polisi və sərhədçiləri lazım gələrsə, Rusiya ilə sərhəddəki bütün sərhəd-keçid məntəqələrini dərhal bağlamağa hazırdır.
Bu barədə Finlandiyanın “STT” xəbər agentliyinə polis və sərhədçilərin nümayəndələri məlumat veriblər.
Estoniya Polis və Sərhəd Xidmətinin direktoru İvo Utsar vəziyyəti diqqətlə izlədiklərini və qətiyyətli tədbirlər görməyə hazır olduqlarını vurğulayıb.
Estoniya Polisi və Sərhəd Mühafizəsi Departamenti Rusiya ilə sərhəddə xeyli növbə yarandığı üçün “Narva-1” keçid məntəqəsini vaxtından əvvəl bağlayıb.