Estoniya hökuməti istixana qazı kvotalarının satışından əldə olunan gəlirdən 200 milyon avronu “Rail Baltic” beynəlxalq dəmir yolu layihəsinin maliyyələşdirilməsinə yönəldəcək.

Bu barədə ERR milli dövlət televiziya və radiosunun portalı xəbər yayıb.

“200 milyon avro “Rail Baltic”in tikintisinə, 75 milyon avro isə “Rail Baltic”in birgə deposu və Soodevaxda “Elron” qatarlarının operatoru olan dövlət şirkətinin tikintisinə yönəldiləcək”, – portal ölkənin infrastruktur naziri Vladimir Svetin sözlərini sitat gətirib. Onun sözlərinə görə, bu, Tallinə layihə ilə bağlı tenderlərdə öz payını maliyyələşdirməyə imkan verəcək və Estoniyada “Rail Baltic” sahəsinin 2030-cu ilə qədər başa çatma ehtimalını artıracaq.

İstinadlar Report