Estoniya polisi Rusiya ordusu üçün ölkədən çıxarmağa cəhd göstərilən pilotsuz uçuş aparatları (PUA) Ukraynaya verib.

“Report” “rus.err.Bu barədə Ukraynanın Estoniyadakı səfirliyindən bildirilib.

Qeyd olunub ki, Rusiya və Estoniya dövlətlərinin vətəndaşlığını daşıyan 43 yaşlı Vladimir Şilov bu ilin iyulunda Rusiya ordusu üçün Estoniyadan pulla aldığı PUA-ları ölkə ərazisindən çıxarmağa cəhd göstərib.

Elə həmin zaman o, Estoniyanın təhlükəsizlik polisi tərəfindən saxlanılıb. PUA-lar isə müsadirə edilib.

İstinadlar Report