Qərb ölkələrindən Ukrayna Silahlı Qüvvələri üçün yeni silah-sursatların tədarükü müəyyən effekt verməyə başlayıb. Rusiyanın Xarkov istiqamətindəki hücumunun tempi aşağı düşür.

Bu barədə Estoniya Baş Qərargahının məlumatında bildirilib.

“Son günlər Rusiya heç bir istiqamətdə uğur əldə etməyib və ya bu uğur müvəqqətidir, lakin Rusiya Silahlı Qüvvələri Ukrayna əhalisini və onun obyektlərini şiddətlə atəşə tutmağa davam edir”, – BQ diqqətə çatdırıb.

Estoniya Baş Qərargahı bəyan edib ki, Rusiya ordusunun Xarkov istiqamətindəki hücumunun tempi aşağı düşür. Rusiya Vovçansk yaşayış məntəqəsi yaxınlığında Vovça çayının şimal sahilini gücləndirməkdə və “bufer zonada” iştirakını artırmaqda davam edir.

İstinadlar Report