
İyunun 3-də Estoniyanın paytaxtı Tallinində NATO-nun 50 hərbi gəmisinin iştirak etdiyi Baltik dənizində bu ilin ən böyük təlimi olan “Baltops 23” başlayıb.
Bu barədə ERR məlumat yayıb.
52-ci dəfə keçirilən “Baltops” təlimlərində ümumilikdə dəniz, quru və hava qüvvələrinin 6 minə yaxın hərbi qulluqçusu iştirak edir.
İki həftə ərzində müttəfiqlər digər məsələlərlə yanaşı, sualtı qayıqlara qarşı və hava hücumundan müdafiə, sursatların zərərsizləşdirilməsi və tibbi xilasetmə əməliyyatlarını işləyəcəklər.