Estoniya 2023-cü ildən Rusiya qazını almaqdan imtina edəcək.

Bu barədə Estoniyanın xarici işlər naziri Urmas Reynsalu bildirib.

Müvafiq qərarı hökumət rəsmisi bu gün açıqlayıb.

“İndi bu, (tədarük qadağası – red.) hüquqi qüvvəyə malik tədbir kimi təsbit edilib. Yanvarın 1-dən Estoniya Rusiya qazına qarşı milli sanksiya tətbiq edəcək”, – o deyib.

Nazir əlavə edib ki, məhdudiyyətlərin məqsədi Rusiyaya təzyiq göstərmək və Ukraynada hərbi əməliyyatları dayandırmaqdır. “Təbii qaz Rusiya üçün mühüm gəlir mənbəyidir və Avropa İttifaqına təsir rıçağı kimi istifadə olunur”, – nazir vurğulayıb.

İstinadlar Report