Britaniyanın müxalifətdə olan Leyboristlər Partiyasının nümayəndəsi, Pakistan əsilli Sadiq Xan yenidən London meri vəzifəsinə seçilib.

Bununla bağlı nəticələr son seçici səslərinin hesablanmasına əsasən elan edilib.

Xan ikinci turda 55,2% səs toplayaraq, öz vəzifəsini qoruya bilib. Mühafizəkarlar Partiyasının nümayəndəsi Şon Beylini isə seçicilərin 44,8%-i dəstəkləyib.