“TV 8″in rəhbəri, aparıcı Acun Ilıcalı “Müge ve Gülşen’le 2.Sayfa” proqramının qonağı olub.Aparıcılar Acuna gənc qalmasının sirrini soruşublar. O, isə söhbət zamanı ata tərəfinin Azərbaycan köklü olduğunu deyib. Acun bildirib ki, gənc qalmasının səbəbi də budur:

“Çox gözəl yatıram. Hətta verilişdə reklam fasiləsində yata bilərəm. Gənclik iliksirim yoxdur, ruhum gəncdir. Heç bir estetikim də yoxdur. Ailədən qaynaqlanır. Genetik şansdır. Azərbaycan köklüyük. Atalarımızda Azərbaycandan gəlmə kökümüz var. Məncə bundandır. Dünyanın ən sağlam adamı deyiləm. Amma yaşıma görə pis deyiləm”.