Cari ilin noyabr ayının sonunda Suriyada artan gərginlikdən sonra bir milyondan çox sakin evini tərk etmək məcburiyyətində qalıb.
Bu barədə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının hesabatında deyilir.
“Ötən ayın sonunda döyüşlərin şiddətləndiyindən 1 milyondan çox suriyalı məcburi köçkün vəziyyətinə düşüb. Bir çox ailələr dəfələrlə məcburi köçkün vəziyyətinə düşüb. Böyük çətinliklər fonunda Ali Komissarlıq ehtiyacı olan insanlara sığınacaq və digər kritik xidmətlər göstərmək üçün tərəfdaşlarla işləyir”, – məlumatda deyilir.