Qax rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

Hadisə axşam saatlarında Şəki-Qax avtomobil yolunun 30-cu kilometrliyində qeydə alınıb.

İki avtomobilin toqquşması nəticəsində 2 nəfər ölüb, 5 nəfər yaralanıb.

***

Ötən gün axşam saatlarında Qax rayonunda baş vermiş ağır yol qəzasında ölən və yaralananların adları məlum olub.

Akif Ağayev, onun həyat yoldaşı Leyla Ağayeva və bacısı oğlu Tural Nəzərov həyatlarını itirib.

Eyni zamanda Asya Ağayeva, Sevda Mirzəyeva və Zaqatala sakini Kərimzadə Çağrı Tərlan oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar.

Ölənlər Qaxdan hərbi xidmətdə olan övladlarının sabah keçiriləcək andiçmə mərasiminə gedirlərmiş.