Əsəd Amerika rəhbərini qəbul etməyə hazır olduğunu deyib, Rusiya Prezidenti isə onun bu sözlərini Trampa çatdıracağına söz verib

Rusiya Prezidenti Vladimir Putin Dəməşqdə suriyalı həmkarı Bəşər Əsədlə görüşü zamanı ona Amerika lideri Donald Trampı qonaq çağırmağı təklif edib.

Putinlə Əsədin Müqəddəs Mariya kilsəsindəki söhbətindən bir hissə “Rossiya 1” telekanalında “Moskva. Kreml. Putin” verilişində göstərilib.

Kilsədə onlar həvari Pavel barədə söhbət ediblər. Məlumdur ki, o, xristianlığı Dəməşq darvazaları yaxınlığında qəbul edib. Rəvayətə görə, şəhərə yaxınlaşarkən Pavel günəş işığından kor olub, həvari İsa peyğəmbəri görüb, Məsih gözlərinin işığını qaytarmaq üçün ona düz yolla irəliləyib yepiskopun evinə girməyi əmr edib.

Bəşər Əsəd bu yöndə zarafat edib: “Əgər Tramp da bu yolla gəlsə, o zaman onda da hər şey normal olar”.

“Düzələr, düzələr. Siz dəvət edin, o gələr”, – Putin deyib.

Əsəd Amerika rəhbərini qəbul etməyə hazır olduğunu deyib, Rusiya Prezidenti isə onun bu sözlərini Trampa çatdıracağına söz verib.

Oxumağa dəyər:   15 saylı Yasamal birinci seçki dairəsidə gözlənilməz vəziyyət - FOTO

 

İstinadlar RİA