Suriyadakı rejimin başçısı Bəşşar Əsəd Rusiyaya səfər edib.

Məlumatı “RİA Novosti” yayıb.

O, Moskvada Rusiya Prezidenti Vladimir Putinlə görüşüb. Rusiya lideri deyib ki, B.Əsədin rəqibləri ilə apardığı danışıqlar barədə məlumatlıdır və bu prosesin davam edəcəyinə inanır.

Rusiya Prezidenti qeyd edib ki, Suriyanın vahidliyinə ölkədəki xarici dövlətlərin qoşunlarının mövcudluğu mane olur.