DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi Bakının əsas prospektlərinin bəzilərində müşahidə edilən tıxaclarla bağlı açıqlama yayıb.

Ötən gündən başlayaraq Xətai rayonu, 8 Noyabr prospekti və Ramiz Quliyev küçəsinin kəsişməsi, mərkəz istiqamətində aidiyyəti dövlət qurumu tərəfindən təmir işləri aparılır. Bu istiqamətdə avtomobillərin hərəkətinə qısamüddətli məhdudiyyət tətbiq edilib. Prospektdə əks istiqamət üzrə ikitərəfli hərəkət təmin olunub.

Sürücülərin çox hissəsi alternativ olaraq Heydər Əliyev və Babək prospektlərindən istifadə etdiyinə görə bu ərazilərdə hazırda tıxac müşahidə edilir. NİİM əməkdaşları yol polisi ilə əlaqəli şəkildə sözügedən prospektlərdə sıxlığın aradan qaldırılması üçün tədbirlər görürlər.


İstinadlar Qafqazinfo