Xəbər verdiyimiz kimi, fevralın 13-ü Türkiyənin Ərzincan şəhərində qızıl mədənində baş verən torpaq sürüşməsinə görə 8 nəfər saxlanılıb. Onlardan 6-sı həbs olunub, 2-si isə sərbəst buraxılıb.

Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Bildirilib ki, mədəndə baş verən sürüşmə ilə əlaqədar nəzarətə alınan şirkətin kanadalı meneceri də daxil olmaqla şübhəlilərdən 6-sı həbs edilib, 2 nəfər isə məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılıb.

Xatırladaq ki, hadisə nəticəsində 9 nəfər itkin düşüb. Onların axtarış-xilasetmə tədbirləri davam etdirilir.

İstinadlar Qafqazinfo