
Türkiyənin Ərzincan şəhərində məktəbli mikroavtobusunun iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsində 11 nəfər yaralanıb.
Bu barədə “Anadolu” məlumat yayıb.
“Ərzincanda <…> məktəbli servisi mikroavtobusu Erzincan – Çağlayan şosesində hərəkətdə olarkən döngəni düzgün hesablamayaraq suvarma kanalına düşüb”, – məlumatda diqqətə çatdırılıb.
Bildirilib ki, qəzanı görən vətəndaşlar hadisə yerinə jandarm və təcili tibbi yardım briqadalarını çağırıblar.
Qəzada yaralanan sürücü və nəqliyyat vasitəsindəki 11 şagird şəhər xəstəxanasına aparılıblar. Müalicəyə alınan yaralıların həyati təhlükəsinin olmadığı açıqlanıb.