Türkiyənin Ərzincan şəhərinin Kızıldağ ərazisində sərnişin avtobusunun aşması nəticəsində 2 nəfər ölüb, 21 nəfər yaralanıb.

Hadisə yerinə çox sayda təcili tibbi yardım briqadası, xilasedicilər cəlb olunub.

Bildirilib ki, nəqliyyat vasitəsi Ərzincan-Sivas marşrutu üzrə hərəkət edirdi. Avtobusun qəzaya uğraması əlverişsiz hava şəraiti ilə əlaqəli olduğu güman edilir.

İstinadlar Report