Şimali Kipr Türk Cümhurriyyəti kommunikasiya texnologiyaları dövründə Azərbaycanla əlaqələrini daha yüksək səviyyəyə çatdırmaq istəyir.

Bunu “Report”un yerli bürosuna III Antalya Diplomatik Forumunda (ADF-2024) iştrirak edən Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar bildirib.

O deyib ki, əlaqələr bütün istiqamətlərdə genişləndirilməli və gücləndirilməlidir: “Türkiyənin Azərbaycanla olan sarsılmaz birliyi, Qarabağ zəfərindən sonra Azırbaycanın daha güclü olması bizi çox sevindirir. Biz mübariz Azərbaycan xalqını təqdir edirik. Cənab İlham Əliyev də hər zaman türk dünyasına böyük önəm verdiyini deyir. Türk dövlətlərinin bütün sahələrdə əlaqələrini genişləndirməsi gələcəkdə daha güclü olmamızın mesajını verir. Unutmamalıyıq ki, türk xalqları bütün dəyərləri ilə eyni ailənin ayrılmaz hissəsidir”.

İstinadlar Report